“Ən pisi unudulmaqdır” – Ustad xanəndənin doğum günüdür

media-hightechnic-468x90

“Bu da bir ömürdür, yaşayırıq. Amma yaşananlar həm də bir tarixdir. Mən bu ömrü elə-belə yaşamamışam həyatımı muğam sənətinin inkişafına həsr etmişəm. İncidiyim, umduğum məqamlar olub, amma peşman deyiləm. Lakin hər şeyin ən pisi unudulmaqdır”.

media-banner_tkm

Bunu Yenicag.az-a açıqlamasında ustad xanəndə Sabir Abdullayev doğum günü təəssüratlarını bölüşərkən deyib.

Gənc muğam ifaçılarının yetişməsində böyük rol oynayan, Azərbaycan muğamını dünyada təmsil və təbliğ edən sənətkarın doğum günündəki incikliyi gözümüzdən yayınmadı. Haqlı idi…

Həyatını muğamın inkişafına sərf edən sənətkarın təbii ki, umduqları var idi:
“Uzun illər çalışdığım Asəf Zeynallı adına Musiqi Kollecində gənc muğam ifaçıları yetişdirmişəm. Yetirmələrimin səsi-sorağı bu gün bütün dünyadan gəlir. Ömrümü bu sənətə həsr etsəm də, zəhmətimin tam bəhrəsini (qiymətini) görə bilmədim. Mən ucuz məşhurluğu, toylara gedib pul qazanmağı yox, fərqli və şərəfli bir yolu seçdim.
Yetirmələrimin çoxu fəxri ad sahibidir, bu, məni hədsiz sevindirir. Çünki onların uğurunda mənim də böyük zəhmətim var. Sənətə bərabər başladığımız insanların bir çoxu çoxdan “Əməkdar”, “Xalq artisti” adlarını alıblar.

Hamısının uğuruna sevinmişəm… Amma bəzən insan inciyir. İnsan çəkdiyi zəhmətin haqqını alanda özünü xoşbəxt hiss edir. Çünki əməyinin bəhrəsini görmək hər bir kəsin halal haqqıdır”.
Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05