Braziliyada yaşayan 24 yaşlı Vivian Lira Monte internetdən tapdığı cərrah vasitəsilə 8 saat ərzində 6 fərqli plastik əməliyyat etdirib.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, qarın, qol, kürək və çənə nahiyələrində, sinə kiçiltmə və piylərin çıxarılması əməliyyatları aparılıb. Daha sonra cərrah çıxarılan piyi omba böyütmək üçün istifadə edib.
Əməliyyatdan sonra gənc qadının 15 saat sonra evə qayıtmasına icazə verilib, lakin onun səhhəti sürətlə pisləşib və ailəsi onu təcili olaraq yerli xəstəxanaya çatdırıb.
Xəstəxanada qadının təzyiqinin aşağı düşdüyünü görən həkimlər Vivianı başqa xəstəxananın reanimasiya şöbəsinə köçürüblər.
Qarın boşluğunda ürək çatışmazlığına səbəb olan infeksiya nəticəsində 22 gün reanimasiyada qalan 24 yaşlı qadın dünyasını dəyişib.
42 min funt sterlinq nağd pul alan cərrah Vivian problem yaşamağa başlayanda yoxa çıxıb. Cərrah yerli medianın suallarını cavablandırmaqdan imtina edib.
Yerli polis hadisə ilə bağlı araşdırmalara başlayıb. Vivianın ailəsi baş verənlərin haqsızlıq olduğunu və cərrahın üzərinə düşən vəzifələri yerinə yetirmədiyini düşünür.
İsmayıl Bakuvi
www.yenicag.az