Merts və Paşinyan Cənubi Qafqazdakı sülh prosesini müzakirə etdilər

media-hightechnic-468x90

Almaniya Kansleri Fridrix Merts Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı Ermənistan və Azərbaycan arasındakı sülh prosesini, eləcə də Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.

media-banner_tkm

Yenicag.az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius bildirib.

Onun sözlərinə görə, iki ölkə liderləri Yaxın Şərqdəki mövcud vəziyyət, Ukraynadakı münaqişə və onların Cənubi Qafqaz regionuna təsiri barədə fikir mübadiləsi aparıblar.

“Almaniya Kansleri Ermənistan və Azərbaycan arasındakı sülh prosesində gələcək addımlara çağırıb və onun regional sabitlik üçün vacibliyini vurğulayıb”, – Ş.Kornelius qeyd edib.

O əlavə edib ki, tərəflər həmçinin Almaniya və Ermənistan arasında ikitərəfli münasibətlərin genişləndirilməsi, eləcə də Ermənistanın Avropa İttifaqı ilə əlaqələrinin daha da inkişafı perspektivlərini müzakirə ediblər./Report/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05