Gürcüstan və Türkiyə müdafiə sahəsində əməkdaşlığı müzakirə etdi
Gürcüstanın Baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani Türkiyənin Gürcüstandakı səfiri Mustafa Türker və hərbi attaşe polkovnik İlhan Oktendural ilə görüşüb.
Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə Gürcüstan və Türkiyə arasında müdafiə sahəsində ikitərəfli əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri müzakirə olunub.
İ.Çikovani Gürcüstanda diplomatik missiyasını yerinə yetirən hərbi attaşe polkovnik İlhan Oktendurala gələcək fəaliyyətində uğurlar arzulayıb.













