ABŞ-ın İrana yeni hava hücumları nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb
İran Səhiyyə Nazirliyi iyunun 27-dən etibarən ABŞ-ın İrana qarşı başladığı yeni hava zərbələri nəticəsində 53 nəfərin öldüyünü açıqlayıb.
Yenicag.az Apa.az-a istinadan xəbər verir ki , həlak olanlar arasında 6 qadın və 18 yaşdan aşağı 3 yeniyetmə də var.
Bildirilib ki, hücumlar nəticəsində ümumilikdə 592 nəfər yaralanıb. Yaralılardan 36 nəfərin müalicəsi xəstəxanalarda davam edir.













