Lavrov Rubio ilə görüşəcək
İyulun 23-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ Dövlət katibi Marko Rubio arasında görüş keçiriləcək.
Yenicag.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə S.Lavrov Filippində ASEAN xarici işlər nazirlərinin iclasının yekunları barədə danışarkən bildirib.
Lavrovun sözlərinə görə, Rubio ilə ABŞ-nin Ukrayna münaqişəsinin nizamlanması üzrə mövqeyini müzakirə etməyi planlaşdırır.













