Avstraliya Dövlət Təhlükəsizlik Komissiyası Kraystçörç şəhərinin məscidində baş vermiş gülləbaranın videogörüntülərini yayan 8 sayta girişi məhdudlaşdırıb.
Yenicag.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı adıçəkilən Komissiyanın sədri Julie İnman Grant açıqlayıb.
Onun sözlərinə görə, məsciddə qətliam törədilməsində ittiham olunan Brenton Tarrant barəsində məlumat yayan saytlar qanunvericiliyə uyğun qaydada bloklanıb.
Hazırda 8 sayta giriş məhdudlaşdırılıb. Sayt rəhbərlərinin sözlərinə görə, domen sahiblərinə saytlarının ləğvi barədə sorğu göndərilsə də, onlar bu tələbi qəbul etməyiblər.
Xatırladaq ki, Tarrantın bu il martın 15-də Yeni Zellandiyanın Kraystçörç şəhərindəki məsciddə törətdiyi qətliam nəticəsində 51 nəfər həlak olub, onlarla insan yaralanıb.
Firuzə Alimova
www.yenicag.az