Tanınmış aparıcı: “Şou-biznesin virusları verilişimdə olmayacaq” - FOTO

media-hightechnic-468x90

“Şou-biznesin virusları verilişimdə olmayacaq”.

Bunu tanınmış aktyor, rəssam və aparıcı Şəhriyar Əbilov yeni mövsümdə efirə gedəcək verilişi ilə bağlı danışarkən Yenicag.az-a açıqlamasında deyib.

Azərbaycan Televiziyasında yayımlanacaq “1AzTV” proqramının aparıcısı yaradıcılığından da uzaq düşməyəcəyini bildirib:

“Verilişdə dəyişiklikləri mərhələ-mərhələ görəcəksiniz. Verilişi sərbəst və rahat şouya çevirmək istəyirik. Senzuranı qoruyacağıq. Bizə reytinq lazım deyil. Hər yerindən duranı verilişə çağırmayacağıq. Yaradıcı insanları verilişə dəvət edəcəyik. Bir sözlə, şou-biznesin virusları verilişimdə olmayacaq”.

Aparıcılıq Şəhriyarın bir aktyor və rəssam kimi yaradıcılığına təsir göstərəcəkmi?

“Əslində, hər bir iş bir neçə yerə bölünəndə enerji azalır. Çalışacam, televiziya ilə yaradıcılığım bir-birinə mane olmasın. İstədiyim filmə rahat-rahat çəkiləcəm. Allahın izni ilə çalışacam, hamısını bir arada çatdırım. Qarşıda bir bədii filmə çəkilmək də planımda var”, – Şəhriyarın cavabı belə olub.

Cəvahir

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600