“Türkiyə Almaniya üçün önəmli NATO müttəfiqidir”
Türkiyə Almaniya üçün son dərəcə dəyərli və önəmli NATO müttəfiqidir.
Yenicag.az xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merz NATO Baş katibi Mark Rutte ilə birlikdə keçirdiyi mətbuat konfransında “Anadolu” agentliyinin sualını cavablandırarkən deyib.
O bildirib ki, NATO daxilində Türkiyə ilə mövcud əməkdaşlığı gücləndirmək və genişləndirmək üçün əlindən gələni hər şeyi edəcək.
Kanslerin sözlərinəm görə, Türkiyə Alyansın məsuliyyət zonasında strateji əhəmiyyətə malik bir ərazini qoruyur.
Bundan başqa. F.Merz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə yaxın gələcəkdə Türkiyəyə gedəcəyini bildirib./Report/