!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“AAAF Park”ın rəhbəri həbs olunmayıb - Rəsmi açıqlama - Yenilənib

!Reklam – Yazi

“AAAF Park” Yaşayış Kompleksinin rəhbəri, tanınmış iş adamı Tofiq Heydərov həbs edilib.

Yenicag.az Ölkə.az saytına istinadən xəbər verir ki, prokurorluq əməkdaşları “AAAF Park” ərazisində yerləşən bütün obyekt sahiblərinə xəbərdarlıq edərək, 10 dəqiqə ərzində ərazini tərk etməyi tapşırıb. Parkın ərazisindəki bütün obyektlərə Prokurorluq tərəfindən həbs qoyulub. Hazırda “AAAF Park” ərazisində axtarışlar aparılır. İstintaq başa çatdıqdan sonra obyekt sahibləri əraziyə daxil ola biləcəklər.

Məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməsə də, ancaq bu barədə məlumatı boşaldılan obyekt sahibləri də təsdiqləyiblər.

Obyekt işçiləri arasında gəzən söhbətə görə, iş adamı Tofiq Heydərov hansısa dini sektanın üzvüdür.(ölkə.az)

***

Əldə etdiyimiz məlumata görə, sözügedən ərazidə yoxlama Prokurorluq tərəfindən aparılmır. Bundan başqa, prokurorluqda Tofiq Heydərovun həbsi ilə bağlı hər hansı məlumat yoxdur.

Məsələ ilə bağlı Yenicag.az saytına açıqlama verən “AAAF Park”ın mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev Tofiq Heydərovun həbs olunmadığını bildirib. O qeyd edib ki, Heydərov hazırda yeniyetmələr arasında Kosovoda keçirilən Avropa Birinciliyinə yollanan millimizlə birlikdədir.

Bundan başqa, Məstəliyev ərazidə aparılan yoxlama ilə bağlı da sualımızı cavablandırıb:

“Burada axtarış aparılmır, həmin şəxslər Abşeron rayon icra hakimiyyətinin icraçıları idi. Obyektlərin yenidən inventarizasiyasını aparırlar, yenidən siyahıya alınma işləri görüldü. Hazırda isə hər kəs öz işini davam etdirir”.

Qeyd edək ki, Tofiq Heydərov eyni zamanda ağırlıqqaldırma üzrə Azərbaycan yığmasının baş məşqçisi və Federasiyanın vitse-prezidentidir.

 

COP29

www.yenicag.az

8396
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv