!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ 5 milyon insanı köməksiz qoydu – Fələstinli qaçqınlara maliyyə yardımı dayandırıldı

!Reklam – Yazi

ABŞ fələstinli qaçqınlar üçün nəzərdə tutulmuş bütün maliyyə vəsaitlərini dayandırıb.

Yenicag.az xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatları Dövlət Departamenti məlumat yayıb.

Buna səbəb kimi BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin təşkili üzrə Yaxın Şərq Agentliyinin (UNRWA) qüsurlu iş prinsipi göstərilib.

“ABŞ rəhbərliyi məsələni diqqətlə nəzərdən keçirib və UNRWA-ya əlavə maliyyə ayrılmaması qərara alınıb”, – deyə departament sözçüsü Heyzer Nayret bildirib.

Fələstin dövlət başçısının mətbuat katibi Nabil Əbu Rudeyn bu hərəkətin Fələstin xalqına qarşı “qərəzli addım” olduğunu söyləyib. O, həmçinin “Reuters” xəbər agentliyinə bildirib ki, bu addım Birləşmiş Ştatların regionda söz sahibliyini itirməsi və mübahisələrin həllində aktiv rol ala bilməməsi ilə nəticələnəcək.

Rudeynın sözlərinə görə, sözügedən qərar BMT qətnamələrinə ziddir.

UNRWA (Fələstinli Qaçqınlara Yardım və İşlərin təşkili üzrə Yaxın Şərq Agentliyi) sözçüsü Kris Gans məsələyə münasibət bildirərkən ABŞ Dövlət Departamentinin tənqidini rədd edib: “Əminlikdə deyə bilərəm ki, UNRWA məktəb, sağlamlıq mərkəzləri, təcili yardım və digər bir çox problemlərin həllində heç bir qüsurlu addım atmayıb. Maliyyə də məhz bunun üçün ayrılır”.

ABŞ tərəfi isə iddia edir ki, yanvar ayında agentlik ayrılan maliyyənin yarıdan çoxunu mənimsəyib.

Qeyd edək ki, UNRWA ilk dəfə 1948-ci ildə Ərəb-İsrail müharibəsindən sonra qaçqın düşmüş yüz minlərlə fələstinlinin qayğılarını qarşılamaq üçün yaradılmış qurumdur.

Agentlik hazırda Yaxın Şərqdəki beş milyondan çox insana, səhiyyə, təhsil və sosial xidmətlərin təşkili məsələlərində köməklik göstərir.

ABŞ təkcə 2016-cı ildə quruma 368 milyon dollar maliyyə yardımı edərək, ümumi dəstəyin təxminən 30 faizini qarşılayan ən böyük tək donor ölkə olmuşdu.

Onu da qeyd edək ki, Tramp administrasiyası yanvar ayında UNRWA-ya 60 milyon dollar həcmində maliyyə dəstəyi ayırmışdı. Həmçinin, yenidən 65 milyon dollar dəstək veriləcəyini açıqlamışdı. Hazırda 65 milyon ABŞ dolları məbləğində nəzərdə tutulan növbəti yardımların ləğvi gözlənilir.

Buna qarşılıq olaraq, Almaniyanın xarici işlər naziri Heyko Mas, qurumun maliyyə böhranında olmasını nəzərə alaraq, agentliyinə verdikləri yardımları artıracaqlarını söyləyib.
Cənab Maasın sözlərinə görə, “Təşkilatın itkisi gözlənilməz problemlər doğura bilər ki, bu da region üçün təhlükəli olacaq”.

Həşim Səhrablı

COP29

www.yenicag.az

1221
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv