ABŞ Avropanı siyasət səhnəsindən "SİLİR": "Aİ ölkələrinin liderləri narahatdırlar"
Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri ABŞ-nin yenilənmiş Milli Təhlükəsizlik Strategiyasında Avropaya qarşı mövqeyinin sərtləşdirilməsinin Ukrayna ilə bağlı danışıqların gedişatına ciddi təsir göstərə biləcəyindən narahatdırlar.
Yenicag.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Kanalın məlumatına görə, Avropa liderləri üçün narahat bir dövr gəlib çatıb: ABŞ Avropaya münasibətdə mövqeyini sərtləşdirdiyi bir vaxtda Ukrayna ilə bağlı sülh danışıqlarını idarə edir. Qeyd edilib ki, bu dəyişikliklərin kritik bir məqamda danışıqların gedişatına təsir edə biləcəyi ilə bağlı narahatlıq yaradır.
ABŞ-nin Milli Təhlükəsizlik Strategiyasına uyğun olaraq Vaşinqton Avropanın NATO daxilində müdafiə öhdəliklərinin daha böyük hissəsini öz üzərinə götürməsini istəyir.
Sənəddə yer alan, Avropanın 20 ildən sonra tanınmaz hala gələcəyi və Aİ rəhbərliyinin və digər qurumların dağıdıcı siyasəti səbəbindən bir sivilizasiya olaraq məhv olmaq astanasında olduğu barədə fikir də Avropa rəsmiləri tərəfindən narazılıqla qarşılanıb. Bununla əlaqədar olaraq ABŞ administrasiyası bir sıra Avropa ölkələrinin Vaşinqton üçün etibarlı müttəfiq olaraq qalmaq üçün müvafiq iqtisadi və hərbi potensiala malik olacağına şübhə ilə yanaşdığını bildirib.












