!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“ABŞ Azərbaycanda zəifləyir, Gürcüstanda isə güclənir” – Məşhur amerikalı ekspertlə eksklüziv müsahibə

!Reklam – Yazi

“Azərbaycan və Ermənistan arasında böyük müharibənin başlaması ehtimalı azdır”.

Amerikalı ekspert, Rusiya və keçmiş SSRİ üzrə ən nüfuzlu mütəxəssislərdən biri olan Pol Qobl Yenicag.ru-ya müsahibəsində Cənubi Qafqazdakı vəziyyəti dəyərləndirib.

– Dünyada geopolitik vəziyyət kəskinləşir. Bu çərçivədə Cənubi Qafqazda siyasi proseslərin inkişafını necə görürsüz?

– Yəqin ki, ilboyu Cənubi Qafqazda gərginlik artan xətlə gedəcək. Bu, ilk növbədə regionda cərəyan edən proseslərlə, o cümlədən “autsayder ölkələr”in hərəkətləri ilə əlaqədardır. Yəni bu ölkələr öz məqsədlərinə nail olmaq üçün hansısa başqa bir dövlətdən “etibarlı sima” kimi yararlanmağa çalışırlar.

– Azərbaycanla Ermənistan arasında genişmiqyaslı müharibənin başlaması ehtimalı nə qədərdir?

– Autsayderlərin mövqeyini nəzərə alsaq, bu ölkələr arasında böyük müharibənin başlaması ehtimalı azdır. Bununla belə, təmas xəttində atəşkəs rejimi müntəzəm pozulur. Burada əsas mübahisə ondadır ki, söhbət həm də dəmir yollarından gedir. Yəni Azərbaycandan İrana keçən Rusiya dəmiryolu, Gürcüstandan keçən Rusiya və Ermənistan dəmiryolu, o cümlədən İranın öz dəmiryolunu Gürcüstana qədər uzatmaq niyyəti nəzərdən qaçmamalıdır. Bu planlardan heç biri dəstəklənmir. Onlar maraqlarına uyğun olmayan planların həyata keçməsinə çalışacaqlar.

– Rusiya və İran ABŞ-ın Cənubi Qafqaza təsirinin artmasına mane ola bilir?

– Vaşınqtonun siyasəti üzündən ABŞ-ın Cənubi Qafqazda təsir imkanları zəifləməkdədir. Bu, Azərbaycanda daha çox, Gürcüstanda isə daha az hiss olunur. Nəticədə, Rusiya ilə İranın regionda təsiri artmaqdadır – bu ölkələr özlərinin yaratmadığı situasiyadan yararlanırlar. Əgər bu vəziyyət köklü surətdə dəyişərsə, o zaman müəyyən perspektivlər yarana bilər.

Nicat Hacıyev
Rüstəm Qasımov

www.yenicag.az

2550
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv