!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-da çimərliklər qismən açılır

!Reklam – Yazi

10 gün sonra ABŞ-ın şərq sahilində yerləşən dörd ştatın hakimiyyət orqanları yeni növ koronavirusun yaratdığı pandemiya xəstəliyi şəraitində çimərlikləri qismən açacaq.

Yenicag.az TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü Nyu-York ştatının qubernatoru Endrü Kuomo gündəlik mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Konnektikut, Nyu-York, Nyu-Cersi və Delaverin hakimiyyət orqanları Atlantik okeanın, çayların və göllərin sahillərində yerləşən çimərlikləri açacaq. Onlar hər il baharın son bazar ertəsi günü qeyd olunan və bu dəfə mayın 25-nə düşən Anım günündə ziyarətçiləri qəbul etməyə başlayacaqlar.

Çimərliklərin işi bəzi məhdudiyyətlərlə təşkil olunacaq. Onları 50%-dən çox olmamaq şərtilə doldurmaq olar, ictimai iaşə nöqtələri, insanlar arasında əlaqənin olduğu idman növləri üçün meydançalar, həmçinin ictimai hovuzlar işləməyəcək. Bundan əlavə, bütün ziyarətçilər sosial məsafəyə riayət etməli və ya qoruyucu maskalar taxmalıdırlar.

Federal və yerli hakimiyyət orqanlarının məlumatlarına əsasən hesablamalar aparan Con Hopkins Universitetinin məlumatına görə, ABŞ-da koronavirusa yoluxanların sayı 1,42 milyonu, bu virusdan ölənlərin sayı isə 85,9 mini ötüb.

COP29

www.yenicag.az

806
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv