ABŞ-da ilk qadın məscidi açıldı
ABŞ-da ilk dəfə olaraq qadın məscidi açılıb.
Bu haqda məlumatı “ABC News” agentliyi yayıb.
Məlumatda deyilir ki, Los-Anceles şəhərində açılan məscidə yalnız qadınlar gedə biləcək.
Məscidin yaradıcısı Hasna Maznavi deyib ki, o, belə məscidin açılmasını uşaq vaxtından arzulayıb: “Həmişə qadınlara dua etmək üçün məscidlərdə ayrıca yer verirdilər. Bu isə bəzi narahatlıq yaradırdı. Bu üzdən belə bir addım atdım”.
ABŞ-ın Dirborn şəhərində fəaliyyət göstərən ən böyük məscidin və İslam Mərkəzinin başçısı Həsən Kazvini Hasnanın bu təşəbbüsünü dəstəklədiyini bildirib.