ABŞ-da koronavirusa yoluxanların sayı 550 mini ötdü

ABŞ-da koronavirusdan ölənlərin sayı 21 733 nəfərə çatıb.

Bu barədə Yenicag.az Birləşmiş Ştatlarda yerli və federal hakimiyyət orqanlarının statistikası əsasında hesablamalar aparan Cons Hopkins Universitetinə istinadən xəbər verir.

Bildirilir ki, ölkədə koronavirusa yoluxma ilə bağlı təsdiqlənmiş halların sayı 550 016 təşkil edir.

Həmçinin mütəxəssislər qeyd ediblər ki, ölkədə xəstəlikdən 32 728 insan sağalıb. ABŞ-da həkimlər COVID-19 testindən 2,8 milyondan çox insanı keçiriblər.

Koronavirus ilk dəfə ötən ilin sonlarında Çinin Uhan şəhərində qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də COVID-19 infeksiyasını pandemiya elan edib. ÜST-ün son məlumatlarına görə, dünyada artıq demək olar ki, virusa 1,7 milyon yoluxma qeydə alınıb, 105 mindən çox insan pandemiyanın qurbanı olub. /Report/

Loading...