ABŞ-ın Texas ştatının San-Antonio şəhərindəki “Venture” musiqi salonunda ötən gün axşam keçirilən konsert zamanı silahlı insident baş verib, 2 nəfər ölüb, 5-i yaralanıb.
Yenicag.az xəbər verir ki, salonda bir qrupla başqa bir şəxs arasında mübahisə zamanı həmin şəxs silahdan atəş açıb. Nəticədə 1 nəfər hadisə yerində ölüb, yaralanan 6 nəfər xəstəxanaya çatdırılıb. Onlardan biri xəstəxanada keçinib.
Ölən və yaralananların həmin məkanın daimi müştərisi olduqları bildirilir.
Polis hadisəni törədən şəxsi axtarır./Report/
www.yenicag.az