!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-da yaşayan azərbaycanlılardan BƏYANAT - Aksiya ilə bağlı

!Reklam – Yazi

ABŞ-da yaşayan azərbaycanlılar iyulun 21-də Kaliforniya ştatının Los-Anceles şəhərində baş vermiş hadisə ilə bağlı bəyanat yayıblar.

Yenicag.az bəyanatı təqdim edir:

“İyulun 21-də ABŞ-ın Los-Anceles şəhərində Azərbaycanın Baş Konsulluğu qarşısında keçirilən aksiya zamanı oraya toplaşmış həmvətənlilərimizə qarşı ermənilər tərəfindən çoxsaylı hücumlar edilib.

Ermənilər Konsulluğun binasını əhatəyə alaraq ölkəmizə qarşı aqressiv və təxribatçı şüarlar səsləndirərək həmvətənlilərimizə qarşı provokativ addımlar atıblar.

Aksiya zamanı ermənilər azərbaycanlılardan qat-qat çox olduqlarına görə həmyerlilərimizə hücum edib və onların bir neçəsinə müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. Azərbaycanlıların və konsulluğun təhlükəsizliyini təmin etmək üçün Los-Anceles polisinin əməkdaşları hadisə yerində olsa da, həmyerlilərimizin təhükəsizliyini təmin etməyə müvəffəq olmayıblar. Məlumata görə, biri qadın olmaqla yeddi həmyerlimiz müxtəlif bədən xəsarətləri alıb, onlardan 4 nəfər isə xəstəxanaya müraciət edib.

Konsulluğumuzun qaşısına toplaşan həmvətənlilərimiz “Qarabağ Azərbaycandır!” “Ermənistanın təcavüzünə son qoyun!”, “Xocalıya Ədalət” və digər şüarlar səsləndirərək dinc aksiya keçirməyə cəhd göstərib.

Biz ABŞ-da yaşayan azərbaycanlılar olaraq bu hadisədən dərin təəssüf və qəzəb hissi keçiririk. Düşünürük ki, Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov məsələ ilə bağlı Los-Anceles polis departamentinə müraciət etməli, şəhərin rəsmilərindən soydaşlarımıza qarşı törədilən təxribatla bağlı günahkar şəxslərin tapılıb cinayət məsuliyyətinə cəlb edilməsini tələb etməlidir.

Biz Amerikada yaşayan azərbaycanlılar olaraq Los Ancelesdə Konsulluğumuzun qarşısına toplanan soydaşlarımıza dərin minnətdarlığımızı bildiririk, xəsarət alan qardaş ve bacılarımıza Allahdan şəfa diləyirik”, – deyə, məlumatda qeyd edilib.

www.yenicag.az

1157
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv