!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-dan ilk YPG açıqlaması Ərdoğanın səfərindən sonra  

!Reklam – Yazi

ABŞ dövlət katibinin Conatan Koen ölkəsinin terrorçu PKK-nın Suriya qolu olan YPG ilə əlaqəsinin “müvəqqəti və taktiki” xarakter daşıdığını deyib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Koen bu barədə “Middle East Institute”dakı çıxışı zamanı danışıb:

“YPG iə əlaqələrimiz müharibə vəziyyətinin doğurduğu şərtlərlə bağlıdır. Çünki Suriya Demokratik Qüvvələri Rakkanın azad edilməsində mühüm əhəmiyyət daşıyır. YPG ilə münasibətimiz müvəqqəti və taktikidir”.

İraqın şimalındakı kürd muxtariyyatının lideri Bərzaniyə yaxınlığı ilə seçilən “Rudaw” kanalına müsahibə verən ABŞ-ın Türkiyə məsələləri üzrə təhlilçisi Nik Danfort bu məsələni belə şərh edib:

“ABŞ Rakkanın azad edilməsindən sonra YPG ilə münasibətlərinin müvəqqəti olmadığına dair təminat verməlidir. Məncə, YPG təmsilçiləri ABŞ-ın bu bəyanatlarına şübhə ilə yanaşırlar. Xəyanət etməmələri üçün onlara təminat verilməsi lazımdır”.

ABŞ Dövlət Departamentinin keçmiş müşaviri Alen Makovski isə YPG-nin apardığı mübarizənin Suriyada kürd muxtariyyatı qurulmasına təsir göstərəcəyini deyib.

Yeniçağ.Az

COP29

www.yenicag.az

904
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv