!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-dan İsrailə iki BƏD XƏBƏR: Bir XƏBƏRDARLIQ da İrana

!Reklam – Yazi

Ağ Ev İsraili ABŞ-ın İrana qarşı heç bir cavab zərbəsində iştirak etməyəcəyi barədə məlumatlandırıb.

Yenicag.az xəbər verir ki, açıqlamaya görə, ABŞ prezidenti Co Bayden İsraili onun cavabını “diqqətlə” dəyərləndirməyə çağırıb.

ABŞ mətbuatına danışan yüksək rütbəli məmur bildirib ki, Bayden İsrailin baş naziri Benyamin Netanyahuya İranın hücumuna necə cavab veriləcəyi barədə “çox diqqətlə və strateji düşünməyi” deyib.

Milli Təhlükəsizlik sözçüsü Con Kirbi İsrailə daha geniş münaqişənin qarşısını almaq lazım olduğunu açıq şəkildə ifadə etdiyini təkrarlayıb. Kibri eyni mesajın diplomatik kanallarla İrana da çatdırıldığını da bildirib.

Kibri Ağ Evin İrana ciddi cavab verilməməsi ilə bağlı İsraili xəbərdar edib-etmədiyinə aydınlıq gətirməyib, sadəcə olaraq bildirib ki, “bu, israillilərin etməli olduğu hesablamadır”.

Kirbi rəsmi ABŞ-ın İsraili müdafiə etməyə davam edəcəyini, lakin İsrailin hər hansı cavab reaksiyasında iştirak etməkdən imtina etdiyini bildirib.

COP29

www.yenicag.az

150
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv