ABŞ-də benzinin qiyməti rekord həddə çatıb

media-hightechnic-468x90
ABŞ-də gün ərzində benzin bir qallonunun qiyməti 4.18 dollara (bir litri təxminən 1.1 dollar) yüksələrək 2022-ci ilin avqustundan bəri rekord göstərici olub.
Yenicag.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd olunur ki, qiymət bir gün ərzində təxminən 6 sent artıb ki, bu da son beş həftə ərzində ən böyük birgünlük bahalaşmadır.
Neft füçerslərinin qiymətlərinin yüksəlməsi Birləşmiş Ştatlarda da benzinin bahalaşmasını tətikləyir.
Ən yüksək qiymət Kaliforniya ştatında qeydə alınıb – orada bir qallon benzinin qiyməti 5.96 dollara çatıb.
CNN xatırladır ki, ABŞ-də benzin qiymətləri aprelin əvvəlində İranla münaqişədə atəşkəs elan edildiyi andan iki həftə ərzində düşürdü, lakin dalana dirənmiş danışıqlar fonunda yanacaq yenidən bahalaşmağa başlayıb.
ABŞ-nin konsaltinq şirkəti “Lipow Oil Associates”in proqnozuna görə, ölkə üzrə benzinin orta qiyməti yaxın bir həftə və ya 10 gün ərzində bir qallon üçün 4.30 dollara qədər yüksələ bilər./oxu.az/

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05