ABŞ-də pisləşən dini tolerantlıq: Azərbaycan kömək təklif etdi

media-hightechnic-468x90

Azərbaycanın ABŞ-dəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim Birləşmiş Ştatların Beynəlxalq Dini Azadlıq Komissiyasının üzvləri ilə görüşü zamanı qurumun işlərinin səlibçi zehniyyətinin, islamofobiyanın və siyasi korrupsiyanın məhsulu olduğuna dair açıq dəlillər təqdim edib.

Yenicag.az xəbər verir ki, bu barədə səfir “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Dünən ABŞ-nin Beynəlxalq Dini Azadlıq Komissiyasının üzvləri ilə görüşüm zamanı onlara işlərinin səlibçi zehniyyətinin, islamofobiyanın və siyasi korrupsiyanın məhsulu olduğuna dair açıq dəlillər təqdim etdim.

Bundan əlavə, onlara bu yaxınlarda yazdığım məktubda ABŞ-də dini tolerantlığın pisləşməsi fonunda köməyimizi təklif etdim”, – səfir vurğulayıb./Report/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600