!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-ın “kürd” oyunu ifşa olundu – Rusiya televiziyasında

!Reklam – Yazi

ABŞ-ın kürd məsələsində ikili oynadığını söyləyən rus jurnalist Türkiyəyə qarşı neqativ planların olduğunu üzə çıxarıb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə, İran və rəsmi Bağdad 25 sentyabra planlaşdırılan referendumun dərhal ləğv olunmasını tələb edir. Rusiya və ABŞ isə referendumun bir müddət təxirə salınmasının tərəfdarıdır.

“Rossia 1” televiziya kanalında yayımlanan verilişdə ABŞ-ın referendum məsələsindəki siyasəti müzakirə edilib. Aparıcı Dmitri Kiselyov bildirib ki, ABŞ Türkiyə, Suriya, İran və İraqdakı kürdlərdən istifadə edərək, regionda özünün yönləndirə biləcəyi kürd dövləti qurmaq istəyir. Həmçinin, bu prosesin 2003-cü ildə başladığı vurğulanıb:

“İlk olaraq, 2003-cü ildə İraqı bombaladılar və ölkədə dözülməz bir xaos yaratdılar. ABŞ hal-hazırda Suriyadakı kürdləri silahlandırır və Rakka əməliyyatında da onlardan istifadə edir. Kürdləri güclü müxalifət qüvvəsinə çevirərək, Suriya hökuməti ilə üzbəüz qoyurlar.”

Analizdə referendumun ABŞ-a xeyir verəcəyi bildirilib. Çünki bu proses Bəşər Əsəd və Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın mövqeyi üçün əlverişli deyil. ABŞ son dövrlərdə Ərdoğanın həddən artıq müstəqil fəaliyyət göstərdiyini düşünür.

Sonda qeyd olunub ki, ABŞ-ın kürdlərlə birgə oynadığı bu oyun Ərdoğana qarşı düşməncəsinə atılan bir addımdır. Beləcə, Türkiyədə qanlı hadisələrin meydana gəlməsi üçün bir qığılcım yaratmaq istəyirlər.

www.yenicag.az

2206
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv