Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“ABŞ-ın siyasəti dəyişməz qalacaq” – Gürcüstanlı ekspert

“Senatda çoxluğun əldə olunması Donald Trampa balansı saxlamağa imkan verəcək”.

Bu fikirləri Yenicag.ru-ya açıqlamasında ABŞ-da ötən gün keçirilmiş aralıq seçkilərinin nəticələrini dəyərləndirən Gürcüstanlı politoloq Gela Vasadze deyib.

Gela Vasadzenin sözlərinə görə, Konqresin timsalında bir dövlət orqanının ABŞ kimi superölkənin siyasətini dəyişmək imkanı yoxdur:
“Hesab edirəm ki, ABŞ siyasətində çox az dəyişiklik ola bilər. Bəli, demokratlar artıq Nümayəndələr Palatasında üstünlüyü təmin etsələr də, respublikaçılar Senatda malik olduqları say çoxluğunu qoruyub saxlayıblar. Bu isə belə deməyə əsas verir ki, Tramp başladığı işləri sona çatdıra biləcək”.

Vasadze qeyd edib ki, ABŞ-ın dövlət siyasəti uzunmüddətli dövrü əhatə edir və yeni keçirilən hər hansı prezident və Konqres seçkilərinin nəticələrindən asılı olmayaraq, dəyişmir:
“Senatda malik olduğu üstünlük Trampa balansı qorumağa imkan verəcək və Amerika siyasi sistemində tarazlıq ciddi dəyişikliyə uğramayacaq”.

Qafqaz Ömərov

www.yenicag.az

1739
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100