ABŞ-ın vitse-prezidenti Ukraynaya gedir

media-hightechnic-468x90

uhjhyghhgABŞ-ın vitse-prezidenti Co Bayden bu gün Ukraynaya səfər edəcək. Co Baydenin Kiyevə səfəri zamanı Ukrayna baş naziri Arseni Yatsenyuk, prezident səlahiyyətlərini müvəqqəti icra edən Aleksandr Turçinov və Ali Radanın bir sıra millət vəkilləri ilə görüşü nəzərdə tutulub.

Bu barədə Ağ Evin açıqlamasında deyilir.

Vitse-prezident nəzərdə tutulan görüşlərdə Ukrayna iqtisadiyyatının gücləndirilməsi, konstitusiya islahatları, korrupsiya ilə mübarizə və mayın 25-də keçiriləcək prezident seçkilərini müzakirə edəcək.

Xatırladaq ki, Ukraynada ötən ilin sonlarında avrointeqrasiya tərəfdarlarının aksiyaları başlayıb. Yeni il ərəfəsində aksiyalar səngisə də, fevral ayında yenidən vəziyyət gərginləşib. Ölkə prezidenti Viktor Yanukoviç ölkəni tərk edərək Rusiyaya gedib. Onun vəzifələrini isə Aleksandr Turçinov icra edir(anspress).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600