ABŞ-İran nüvə savaşı neft qiymətlərini "uçurdu" - KRİTİK HƏDD

media-hightechnic-468x90

İranın nüvə proqramı ilə bağlı verdiyi yeni qərar dünya bazarlarında şok effekti yaradıb. Dini Lider Müctəba Xameneinin uranın ölkədən çıxarılmasını qadağan etməsi neft qiymətlərinin kəskin bahalaşmasına səbəb olub.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, İranın yüksək vəzifəli şəxsləri ölkə rəhbərliyinin nüvə silahı istehsalına yaxın səviyyədə zənginləşdirilmiş uranın xaricə göndərilməməsi barədə qəti göstəriş verdiyini açıqlayıb.

İran rəsmiləri bu qərarın arxasında dayanan əsas səbəbi açıqlayıblar: “Uranın ölkədən çıxarılması İranı ABŞ və İsrailin gələcək hücumları qarşısında daha müdafiəsiz vəziyyətə salır. Biz bu riski qəbul edə bilmərik”.

Beynəlxalq agentliklər, o cümlədən “Reuters” maraqlı bir detalı üzə çıxarıb. İsrail rəsmiləri bildirib ki, ABŞ Prezidenti Donald Trump İsrailə İranın yüksək zənginləşdirilmiş uran ehtiyatlarının ölkədən çıxarılacağı ilə bağlı zəmanət verib. Təl-Əvivin iddiasına görə, İranla aparılacaq hər hansı bir sülh sazişi mütləq şəkildə uran ehtiyatlarının ölkədən çıxarılması şərtini özündə ehtiva etməlidir.

Siyasi gərginliyin artması enerji bazarlarına dərhal təsir edib. Güne enişlə başlayan neft qiymətləri İranın qərarından sonra kəskin bahalaşıb:

Brent neftinin bir bareli 1,3% artaraq 106,41 dollara çatıb.

ABŞ xam nefti (WTI) isə 1,6% bahalaşaraq 99,82 dollar səviyyəsinə yüksəlib.

Analitiklər hesab edir ki, ABŞ ilə İran arasındakı müzakirələrin yenidən dalana dirənməsi neft bazarında qeyri-müəyyənliyi artıracaq və qiymətlərin daha da yüksəlməsinə səbəb ola bilər.

Ayşən

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05