ABŞ İranı atəşkəs rejiminin “kobud şəkildə pozulmasında” ittiham edib

media-hightechnic-468x90

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranı ballistik raket və pilotsuz uçuş aparatlarının (PUA) istifadə edildiyi gecə hücumlarından sonra atəşkəs rejiminin “kobud şəkildə pozulmasında” ittiham edib.

media-banner_tkm

Yenicag.az “Report”-un “Sky News”a istinadən verdiyi xəbərə əsasən bildirir ki, CENTCOM-da İranın Küveyt istiqamətində ballistik raket atdığı, lakin onun Küveyt qüvvələri tərəfindən uğurla ələ keçirildiyi bildirilib.

“Atəşkəs rejiminin kobud şəkildə pozulması İran qüvvələrinin Hörmüz boğazı rayonunda və onun yaxınlığında açıq-aşkar təhlükə yaradan beş kamikadze zərbə PUA buraxmasından bir neçə saat sonra baş verib”, – ABŞ komandanlığının bəyanatında vurğulanıb.

CENTCOM-da bütün PUA-ların ABŞ qüvvələri tərəfindən uğurla ələ keçirildiyi qeyd edilib.

Bundan əlavə, komandanlığın məlumatına görə, ABŞ hərbçiləri Bəndər-Abbasdakı İranın yerüstü idarəetmə məntəqəsindən daha bir PUA-sının buraxılmasının qarşısını alıblar.

ABŞ Mərkəzi Komandanlığında öz qüvvələrini və maraqlarını “əsassız İran aqressiyasından” qoruyaraq “diqqətli” fəaliyyət göstərməyə davam etdiklərini vurğulayıblar.

 

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05