ABŞ İranla müharibədə xərclərini açıqlayıb

media-hightechnic-468x90

ABŞ-ın İrana qarşı apardığı müharibənin indiyədək 25 milyard dollara başa gəlib.

media-banner_tuq

Yenicag.az APA-nın xəbərinə istinadən, bu barədə Pentaqonun yüksək vəzifəli rəsmisi Konqresdə keçirilən dinləmələr zamanı məlumat verib.

Məlumata görə, xərclərin böyük hissəsi hərbi sursatlara yönəlib. Bununla belə, təqdim olunan məbləğin hansı detalları əhatə etdiyi, xüsusilə Yaxın Şərqdə zərər görmüş hərbi infrastrukturun bərpası xərclərinin daxil edilib-edilmədiyi açıqlanmayıb.

ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində çıxış edən rəsmilər bu rəqəmin ilk rəsmi qiymətləndirmə olduğunu bildirib. Komitənin aparıcı demokrat üzvü Adam Smit isə uzun müddətdir belə bir rəqəmin açıqlanmasını gözlədiklərini deyib.

 

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05