ABŞ iranlılara məxsus göydələni həbs etdi
ABŞ Manhettenin mərkəzində iranlılara məxsus 36 mərtəbəli göydələnə həbsə alıb. Həbsə səbəb binanın sahibi olan Ələvi Vəqfinin çirkli pulların yuyulması və İrana tətbiq olunan qadağalara qarşı çıxması olub.
Nyu-Yorkda yerləşən həmin bina 650 “Fifth Avenue Company” şirkətinə məxsusdur və şirkətin bank hesabları 2008-ci ildən İranın nüvə proqramı ilə əlaqədə şübhəli bilinərək dondurulub. Göydələnin satışı üçün isə artıq ötən həftənin cümə axşamı lazımi sənədlər məhkəməyə təqdim edilib.
Xəbərdə deyilir ki, satışdan əldə olunacaq vəsaitin hara xərclənəcəyi də indidən məlumdur. Həmin pul 1983-cü ildə Beyrutda iranlıların da dəstəyi ilə amerikalı dənizçilərə qarşı yönəlmiş bombalı hücumda zərər çəkmiş şəxslərin ailələrinə veriləcək.
İran isə məhkəmənin qərarından sonra ABS hökumətini tənqid edib və İran Xarici İşlər nazirinin sözçüsü bunu ABS-ın öz vətəndaşlarının dini azadlıqlarına qarşı yönəlmiş hərəkət olduğunu bildirib(axar.az).