“ABŞ İŞİD-in hərəkətlərindən sui-istifadə edir”

media-hightechnic-468x90

1409917657Hazırda ABŞ Suriyaya hərbi hücuma və regionda hərbi iştiraka zəmin yaratmaq üçün İŞİD-in hərəkətlərindən sui-istifadə edir.

Bu haqda İran mediasının yaydığı xəbərdə bildirilib. Məlumatda deyilir ki, ABŞ prezidenti Barak Obama Estoniyanın paytaxtında keçirdiyi mətbuat konfransında ikinci amerikalı jurnalistin İŞİD tərəfindən öldürülməsinə reaksiya verib: “Bu kimi nifrət yaradan hərəkətlər bizi qorxutmur, əksinə daha artıq birləşməyimizə zəmin yaradır. Bizim ədalət əlimiz uzundur və nəhayət ki, ədaləti icra edəcəyik”.

İran mediası yazır ki, jurnalist Stiven Satlov Suriyada İŞİD-ə əsir düşmüşdü və belə görünür ki, onlar da ABŞ-ın İraqdakı hava əməliyyatının əvəzini çıxaraq onu qətlə yetirib:

“Hazırda ABŞ Suriyaya hərbi hücuma və regionda hərbi iştiraka zəmin yaratmaq üçün İŞİD-in hərəkətlərindən sui-istifadə edir”.

Qeyd edək ki, ötən ay bu qrup öz əsirliyində olan Ceyms Foyel adlı ikinci amerikalı jurnalisti qətlə yetirmişdi.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600