ABŞ İsrailin İranın nüvə obyektlərinə zərbələrinə etiraz edir

media-hightechnic-468x90

ABŞ və G7 ölkələri İsrailin İranın nüvə obyektlərinə zərbələr endirməsinə qarşıdır.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə nüfuzlu “The Financial Times” nəşri məlumat yayıb.

Qəzet yazır ki, əvəzində, ABŞ və digər Qərb müttəfiqləri İsrailin diqqətini hərbi məqsədlərə yönəltməyə çağırırlar.

Məlumata görə, İsrail iri raket hücumuna görə İrana ciddi cavab vəd edib. Ehtimal olunur ki, İsrail neft infrastrukturuna, raket buraxılış sistemlərinə və hətta İranın nüvə proqramının obyektlərinə hücumlar edə bilər.

Eyni zamanda, ABŞ İsrail üzərində təsirinin məhdud ola biləcəyini də qəbul edir.

Rafi Müslümov

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05