!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-nin sülh TƏŞƏBBÜSLƏRİ: “Vaşinqtonun hədəfi və marağı ondan ibarətdir ki...”

!Reklam – Yazi

“Öncədən də bəlli idi ki, ABŞ Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üçün təşəbbüs göstərəcək”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.

Deputat ABŞ-nin dövlət katibi Entonu Blinkenin iştirakı ilə Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün keçirilməsinin planlaşdırılması ilə bağlı yayılan informasiyalara münasibət bildirib.

Onun sözlərinə görə, bundan qabaq da ABŞ-nin dövlət katibi Entoni Blinkenin Azərbaycana telefon zəngi və bu istiqamətdə sərgilənən davranışlar BMT çərçivəsində belə bir görüşün planlaşdıra biləcəyi ehtimalını yaradırdı:

“Doğrudur, Birləşmiş Ştatlar bunun daha yüksək səviyyədə baş tutmasını arzulayırdı, amma indiki şəraitdə, xüsusilə də Ermənistanın silahlandırıldığı və bu ölkənin yeni münaqişəyə təhrik edildiyi, həmçinin Ermənistanda revanşizm meyllərinin gücləndirilməsinə cəhd göstərildiyi bir zamanda hər hansı bir yüksək səviyyəli bir görüşdən söhbət gedə bilməz”.

E.Mirzəbəyli bildirib ki, indiki şəraitdə Birləşmiş Ştatların hədəfi və marağı ondan ibarətdir ki, Azərbaycanla Ermənistan arasında boşluqlardan ibarət və daim müdaxiləyə imkan yaradan bir sənəd imzalansın:

“Yəni, Ermənistan sonradan müxtəlif bəhanələrlə, eyni zamanda, xarici qüvvələrin bilavasitə təhriki ilə bu müqavilədən yayına və imtina edə bilsin. Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini bərpa etməsi, bəlli olduğu kimi, regionda həm qüvvələr nisbətini dəyişib, həm də regiondakı geosiyasi maraqların uzlaşdırılması ilə bağlı uzun illər boyu həyata keçirilən proseslərin istiqamətinə özünün ciddi təsirini göstərib”.

“İndi isə məqsəd bu reallıqları dəyişməkdən, yəni zamanında işğalçı, daha sonra isə kapitulyant Ermənistanı faktiki olaraq Azərbaycanla bərabər, bəlkə də üstün səviyyəli sülhə təhrik etməkdən ibarətdir ki, bunun da həyata keçməsi mümkün deyil. Əgər xarici işlər nazirləri arasında belə bir görüş baş tutacaqsa, Azərbaycanın fundamental hesab etdiyi məsələlərdən bir addım da geriyə çəkilməyəcəyinə əminəm. Cənab Prezidentin Milli Məclisin ilk iclasında səsləndirdiyi fikirlər və xarici dairələrə verdiyi mesajlar da Azərbaycanın ədalətli və obyektiv mövqeyinin dəyişməz olaraq qalacağını ortaya qoydu”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

COP29

www.yenicag.az

221
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv