!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ PKK və YPG-yə silah dəstəyinə davam edəcək? - Rəsmi Pentaqon sualdan niyə yayındı?

!Reklam – Yazi

Pentaqon rəsmisi YPG və PKK-ya verilən silahların geri alınıb alınmayacağı sualına cavab verməkdən yayınıb.

Yenicag.az xəbər verir ki, bu barədə sual rəsmi Pentaqona “Anadolu” informasiya agentliyinin əməkdaşı tərəfindən ünvanlanıb.

“YPG və PKK bölgədə IŞID əleyhinə ən ehtibarlı tərəfdaşdır. Onlara verilən silahların məqsədli şəkildə, verilən təlimatlara uyğun, IŞID terrorunu tamamiylə məğlubiyyətə uğratmaq üçün istifadə edilməsi məsələsində həmişə açıq olmuşuq” – deyə Pentaqon sözcüsü Sen Robertson bildirib.

Sualına tam cavab ala bilməyən jurnalist ikinci dəfə eyni sualı təkrarlayıb. Bu zaman Robertson, “Pentaqonun siyasi addımlarını nəzərə alaraq bu suala açıq şəkildə cavab verə bilmirəm. Bilirsiniz bölgədə əməliyyatlar davam etməkdədir. Biz hal-hazırda bütün diqqətimizi ABŞ ordusunun Suriyadan çıxarılmasına yönəltmişik” şəklində suala cavab verməkdən yayınıb.

Həşim Səhrablı 

COP29

www.yenicag.az

1601
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv