!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ Qaşıqçı cinayəti ilə çalxalanır: "Tramp həqiqətləri görmək istəmir"

!Reklam – Yazi

CIA direktoru Gina Haspel, Camal Qaşıqçı cinayəti ilə bağlı ABŞ konqresinə məlumat verib.

Yenicag.az xəbər verir ki, CIA direktorunun da qatıldığı iclasdan sonra, ABŞ senatoru Linsey Qraham cinayətin şahzadə Məhəmməd ibn Salmandan xəbərsiz baş vermədiyini söyləyib.

Senator, “çılğın və bir o qədər təhlükəlidir” şəklində şahzadəni xarakterizə edib.

Haspelin açıqlamasından sonra, ABŞ senatorları ard-arda maraqlı açıqlamalar verib.

Məsələn, demokrat senator Menedez, “ABŞ Yəməndəki müharibəyə və Qaşıqçı cinayətinə sərt mövqe bildirməlidir. Səudiyyə Ərəbistanına nota verilməlidir” – deyə, iclasda bildirib.

Respublikaçı digər senator Şelbi isə, “Bu məlamut, ABŞ-da heç heç kimin təsdiq etməyəcəyi bir cinayəti təsdiqləyəcək faktlar irəli sürdü” deyib.

Cümhuriyyətçi senatorların öndə gələnlərindən olan Linsey Qraham açıqlama verərək:

“Artıq əminəm ki, şahzadənin cinayətdən xəbəri olub. O da bu cinayətdə pay sahibidir. Çılğın bir o qədər də təhlükəli bir adamdır. Senatdakı həmkarlarımla bu məsələni diqqət mərkəzində saxlayacağıq. Artıq Səudiyyəyə silah satışını dəstəkləməyəcəm. Təəssüf ki, Tramp administrasiyası bu faktları görmək istəmir”.

Digər cümhuriyyətçi senator Koker isə, “artıq cinayət əmrini şahzadənin verdiyinə heç bir şübhəm qalmadı. Bunun bir cəzası olmalıdır. Tramp hərəkətə keçməli və ABŞ-ın bu cinayəti bağışlamayacağını bütün dünyaya bildirməlidir. Əks təqdirdə konqres uyğun addımlar üçün hərəkətə keçməlidir” – deyə sərt şəkildə bildirib.

COP29

www.yenicag.az

5693
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv