ABŞ QIRICILARI İRAN GƏMİLƏRİNƏ HÜCUM ETDİ: yaralanan və itkin düşənlər var

media-hightechnic-468x90

Bəndər Ləngə qubernatorluğu bildirib ki, ABŞ qırıcılarının ötən gecə İranın yük və balıqçı gəmilərinə hücumu nəticəsində 6 nəfər yaralanıb, daha 6 nəfər isə itkin düşüb.

media-banner_tuq

Yenicag.az APA-nın Tehran bürosunun məlumatına əsasən bildirir ki, ötən gecə ümumilikdə 20 nəfərin olduğu 6 İran yük və balıqçı gəmisi ABŞ qırıcılarının hücumuna məruz qalıb.

Məlumata əsasən, hadisə nəticəsində 6 nəfər yaralanaraq Oman Sultanlığının Xəsəb xəstəxanasına çatdırılıb. Bundan əlavə, daha 6 nəfərin itkin düşdüyü bildirilir. Digər ekipaj üzvlərinin vəziyyətinin normal olduğu qeyd olunub.

Son məlumata görə, yaralıların vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Qeyd edək ki, ötən gecə İran Silahlı Qüvvələri ilə ABŞ-a məxsus gəmilər arasında Hörmüz boğazı ətrafında ikinci gecə ardıcıl olaraq lokal toqquşmalar davam edib.

 

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05