ABŞ Türkiyəyə hərbi təyyarə satışını dayandırır - SƏBƏB

media-hightechnic-468x90

ABŞ konqresində Türkiyəyə F-35 tipli hərbi təyyarələrin satılmaması üçün qanun layihəsi hazırlanıb.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, konqresin xarici işlər komitəsi keçən il imzalanmış razılaşmanın ləğvi üçün təkliflə çıxış edib. Hazırlanan qanun layihəsində Türkiyənin NATO ilə əməkdaşlığa sadiq qalma məsələsində zəmanət verməsi tələb edilir. Əks halda F-35 satışı ilə əlaqədar imzalanmış sazişdən imtina ediləcəyi bildirilib.

Qeyd edək ki, qanun layihəsinin hazırlanmasında əsas məqsəd Rusiyadan S-400 almağa hazırlaşan Türkiyəyə təzyiq göstərməkdir. Belə ki, üç gün əvvəl sözügedən məsələ ilə bağlı Nümayəndələr Palatasında müzakirələr aparılıb və müəyyən addımların atılması senata həvalə edilib.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600