!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ Türkiyəyə təşəkkür etdi – Blinken bu mövqeyini Hakan Fidanla bölüşdü

!Reklam – Yazi

ABŞ dövlət katibi Antoni Blinken Türkiyənin xarici işlər naziri Hakan Fidan, həmçinin Səudiyyə Ərəbistanı, Misir, İordaniya və Böyük Britaniyanın xarici işlər nazirləri ilə İsrail və İran arasındakı gərginliyi müzakirə edib.

Yenicag.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin sözlərinə görə, dövlət katibi Hakan Fidanla telefon danışığı zamanı Türkiyəyə Yaxın Şərqdə gərginliyi azaltmaq üçün göstərdiyi səylərə görə təşəkkür edib.

O, həmçinin ABŞ-ın İsrailin təhlükəsizliyinə sadiqliyini vurğulayıb.

Blinken həmçinin Səudiyyə Ərəbistanı, Misir, İordaniya və Böyük Britaniyadan olan həmkarları ilə İsrail və İran arasındakı gərginlik mövzusunu müzakirə edib.

“Birləşmiş Ştatlar regionda gərginliyi artırmağa çalışmır”, – dövlət katibi əlavə edib.

Blinken bildirib ki, ABŞ İsrailin təhlükəsizliyinə həssasdır və gələcək proseslə bağlı region ölkələri ilə sıx koordinasiyada olacaq.

www.yenicag.az

157
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv