ABŞ və İsrailin İrana hücumunun dörd MÜMKÜN NƏTİCƏSİ: Parçalanma, yoxsa birlik?

media-hightechnic-468x90

ABŞ və İsrailin İrana hücumunun dörd mümkün nəticəsi “The New York Times” nəşrində dərc olunub.

Yenicag.az xəbər verir ki, Bret Stepens qəzetdə yayımladığı məqalədə rejim dəyişikliyini ən nikbin ssenari adlandırıb.

“Heç kim bu ssenarini istisna etməməlidir, xüsusən də İran hərbi və siyasi cəhətdən zərbə almağa davam edər və rəhbərliyin əlavə eşelonlarını itirərsə. Lakin heç kim buna tam bel bağlamamalıdır, ən azından qısamüddətli perspektivdə. Rejim öz hava məkanını müdafiə etməkdə nə qədər aciz olsa da, öz xalqını öldürmək qabiliyyətini qorxulu dərəcədə saxlayır. Əllərində bu qədər qan varkən, hakimiyyətdən yapışmaq üçün hər cür stimulları var”, – o bildirib.

Digər nikbin ssenari kimi rejimin modifikasiyası, yəni hakimiyyətdə qalan, lakin ABŞ və İsrailin tələblərinə əməl edən bir rejimin varlğı önə sürülüb:

“Yeni ali lider Müctəba Xameneinin İranın nüvə və raket proqramlarından imtina etməyə və “Hizbullah” kimi regional proksilərə dəstəyi dayandırmağa razı olacağı şübhəlidir. Lakin yeni Xameneinin hakimiyyəti çox qısamüddətli ola bilər. Rejimi növbəti kim idarə edəcəksə, onun zəifliyi və təcrid olunması ilə hesablaşmalı olacaq”.

Onun sözlərinə görə, bəlkə də, rejim təslim olmaqdan imtina edəcək və müharibə, ehtimal ki, ABŞ Prezidenti Donald Trampın 31 mart tarixinə planlaşdırılan Pekin səfərindən əvvəl, hansısa birtərəfli atəşkəs bəyanatına qədər daha iki-üç həftə eyni şəkildə davam edəcək:

“Bu üçüncü ssenaridə bütün tərəflər öz qələbələrini elan edir və onların heç biri buna tam inanmır. Tramp İranın “qeyd-şərtsiz təslim olması” kimi bir nəticəyə nail olmayacaq, rejimin növbəti liderinin seçilməsində isə, demək olar ki, rolu olmayacaq. İsrailin Baş naziri Benyamin Netanyahu mollaları devirmək barədə onilliklərdir davam edən xəyalına tam çata bilməyəcək”.

Stepens bildirib ki, rejimi iqtisadi cəhətdən iflic edən sanksiyalar ləğv olunmayacaq. ABŞ və İsrail İranın qalan nüvə obyektlərinə, o cümlədən yeraltı yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarına hücum etmədən müharibənin bitəcəyini təsəvvür etmək çətindir. İranın Liviyanın 1988-ci ildəki Lokerbi partlayışı üslubunda səs-küylü terror aktları törətmək və ya Hörmüz boğazını minalamaq cəhdləri yalnız yeni bir müharibə ilə nəticələnəcək. İran liderlərinin özlərini toxunulmaz hesab etdikləri dövr bitdi:

“Bu üçüncü ssenarinin göstərdiyi odur ki, rejim yalnız “zombi” vəziyyətində sağ qala biləcək. Bu da, öz növbəsində, bir neçə ildən sonra rəhbərlik daxilindəki çəkişmələr və ya yeni bir xalq üsyanı səbəbindən rejim dəyişikliyinə gətirib çıxara bilər. Hər iki halda, onun günləri saylıdır”.

Radikal yazıçı Tramp administrasiyasına Xarq adasını ələ keçirməyi məsləhət bilib:

“İranın qalan limanlarını minalayın və ya blokadaya alın. Növbəti bir-iki həftə ərzində İranın hərbi qabiliyyətini mümkün qədər məhv edin, o cümldən İranın nüvə potensialından və texnoloji biliklərindən qalanları da məhv etmək üçün ikinci “Gecə Çəkici” əməliyyatını həyata keçirin. Əgər rejim öz vətəndaşlarını qətlə yetirərsə, xaricdə terror aktları təşkil edərsə və ya nüvə işlərinə qayıdarsa, onu daha ağır bombardmanlarla hədələyin”.

Stepens bunu can itkisi, risk və xərc baxımından ən aşağı qiymətə qələbəyə aparan ən real yol adlandırıb:

“Tənqidçilərin “növbəti İraq olacaq” deyə xəbərdarlıq etdiyi bir aylıq müharibə üçün heç də pis deyil”.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05