Türkiyənin müdafiə naziri Hulusi Akarın ABŞ müdafiə naziri Mark Esperlə telefon danışığı olub.
Yenicag.az xəbər verir ki, görüşdə H.Akar F-35 və Suriya mövzusunda ABŞ-dan müsbət gözləntilərinin olduğunu bildirib. Türkiyənin F-35 istehsalında ortaq ölkə olduğunu xatırladan nazir amerikalı həmkarına bu proqramdan çıxarılacağı təqdirdə yaranan problemləri sadalayıb.
Özəlliklə Suriya mövzusunun üzərində çox dayanan nazirlər təhlükəsizlik zonasının yaradılmasını bir daha müzakirə ediblər.
H.Akar ABŞ-dan PKK/YPG terror təşkilatına dəstəyinin tamamilə dayandırılması istəyiib. Təhlükəsizlik zonası mövzusunda ABŞ-la anlaşma olmazsa, Türkiyə tərəfinin təkbaşına bu təşəbbüsü reallaşdıracağını vurğulayıb: “Türkiyənin cənubunda bir terror dəhlizinin yaradılmasının tamamilə əleyhinəyik. Biz sadəcə Türkiyənin yox, bölgədə yaşayan digər millətlərin də təhlükəsizliyini təmin etmək istəyirik. Bölgədə bu təhlükəsizliyi təmin edə biləcək tək ölkə isə Türkiyədir”./APA/
www.yenicag.az