Abşeronda avtobus piyadanı vuraraq öldürdü

media-hightechnic-468x90

Abşeron rayonunun Novxanı-Binəqədi yolunda avtobus piyadanı vuraraq öldürüb.

Bu barədə Yenicag.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, hadisə saat 20 radələrində qeydə alınıb. 1961-ci il təvəllüdlü Cəfər Məmmədov idarə etdiyi “Sentra” markalı avtobusla 1996-cı il təvəllüdlü Seyran Qəyyumovu vurub. Zərbənin təsirindən piyada əks istiqamətdə hərəkət edən avtomobil yoluna düşərək ölüb.

Sürücü saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600