Abşeronda iki piyadanı maşın vurub, biri ölüb

media-hightechnic-468x90

Abşeron rayonunun Saray qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az “Report”-a istinadən xəbər verir ki, Bakıdan Saray istiqamətində hərəkətdə olan “VAZ-2106” markalı avtomobil yolu keçmək istəyən 1999-cu il təvəllüdlü Cəfərzadə Elşən Şahlar oğlu və adı hazırda məlum olmayan başqa bir piyadanı vurub.

E.Cəfərzadə 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Digər piyada isə hadisə yerində keçinib.

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600