Türkiyənin ən çox izlənilən televiziya kanallarından olan “tv8″in sahibi Acun İlıcalının həyat yoldaşı dəbdəbəli həyatı ilə maqazin gündəmindən düşmür.
Yenicag.az xəbər verir ki, bu yaxınlarda Acun İlıcalı ilə ailə quran Şeyma Subaşı “ev qadını” obrazı ilə hamını təəccübləndirib.
Acun dünən axşam “Beyaz şou”nun qonağı olub. Şounun aparıcısı Beyazıt Öztürk və Şeyma Subaşı birlikdə ona sürpriz hazırlayıblar. Şeyma əsl ev qadınları kimi geyinib, mantı bişirib, hətta saz çalıb. Verilişdə yayımlanan bu görüntülər həm izləyicilər, həm də Acun tərəfindən gülüşlə qarşılanıb:
www.yenicag.az