!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Adam Kadırov Dubayda keçirilən yarışda iştirak etməsə də, MÜKAFAT ALDI – FOTO/VİDEO

!Reklam – Yazi

Ramzan Kadırovun 16 yaşlı oğlu Adamın mükafatlandırılması davam edir.

Yenicag.az xəbər verir ki, bu barədə Çeçenistan parlamentinin sədri Maqomed Daudov “VKontakte” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Ramzan Kadırovun 16 yaşlı oğlu Adam bu dəfə Dubayda (BƏƏ) keçirilən UAE SWAT Challenge xüsusi təyinatlıların yarışında medal qazanıb.

UAE SWAT Challenge 2024 xüsusi təyinatlıların yarışı Dubayda baş tutub və fevralın 3-dən 7-dək davam edib.
Rusiya Qəhrəmanı Zamid Çalayevin komandanlığı altında Daxili İşlər Nazirliyinin Çeçenistan Respublikası üzrə xüsusi təyinatlı polis alayının “Axmat” komandası yarışın yekununda 8-ci yeri tutub.

Bunun üçün çeçen xüsusi təyinatlıları medallarla təltif edilib. Adam Kadırov da onlarla birlikdə səhnəyə çıxıb və mükafat alıb.

Qeyd edək ki, çeçen döyüşçülər mükafatlandırma mərasiminə Rusiya bayrağı olmadan gediblər. Onların yanında yalnız Çeçenistan bayrağı olub.

Xuraman Etibarlı

COP29

www.yenicag.az

245
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv