Adil Əliyev Pakistanda səfərdədir

media-hightechnic-468x90

Azərbaycan və Pakistan parlamentariləri əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Yenicag.az xəbər verir ki, Azərbaycan Milli Məclisi sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev Pakistan İslam Respublikasında səfərdədir.

Səfər çərçivəsində vitse-spiker Adil Əliyev Pakistan Milli Assambleyasının sədri Raca Pərviz Əşrəflə görüşüb.

Görüşdə Azərbaycanla Pakistan arasında münasibətlərin inkişafından bəhs edilib, iki dövlət arasında dostluq əlaqələrinin daha da gücləndirilməsinin vacibliyi qeyd olunub.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600