!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

AFFA dörd klubu cərimələdi

!Reklam – Yazi

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Yenicag.az-ın məlumatına görə, yığıncaqda Azərbaycan Premyer Liqasının VIII turunda baş verənlər müzakirə olunub və 4 klub cərimələnib.

“Qəbələ” – “Qarabağ” matçında meydan sahiblərinin 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

“Keşlə” – “Sabah” qarşılaşmasında qonaqların legioneri Filip İvanoviç ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq diskvalifikasiya edilib, klubunu 200 manat ziyana salıb.

“Səbail” – “Sumqayıt” matçında qonaqların 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib.

“Neftçi” – “Zirə” oyununda qonaqların 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün qəsəbə təmsilçisi 800 manat cərimə ödəyəcək.

www.yenicag.az

2007
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv