AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət verib

media-hightechnic-468x90

AFFA İntizam Komitəsi “Metropoliten” və “Record Club” futzal klublarına texniki məğlubiyyət verib.

Bu barədə AFFA-dan Yenicag.az-a məlumat verilib.

Bildirilib ki, buna “Metropoliten”in I Liqanın XVIII turunun “Baku Fire-2” ilə oyununa çıxmaması səbəb olub.
“Record Club” isə Yüksək Liqanın XVIII turunun “Neftçi” İK ilə matçına çıxmayıb. Bu səbəbdən hər iki qarşılaşma baş tutmayıb.

İntizam Komitəsi buna görə hər iki kluba 0:5 hesablı texniki məğlubiyyət verib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05