AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.
Yenicag.az xəbər verir ki, bunu assosiasiyanın mətbuat xidməti açıqlayıb.
Yığıncaqda “Lion” klubunun şikayətinə baxılıb. Müraciət qismən təmin edilib.
U-15 Liqasının “Səbail” – “Lion” oyunundan sonra qonaqların azarkeşləri hakimləri təhqir edib, onlara hədə-qorxu gəlib. AFFA-nın İntizam Komitəsi klubun 3 ev oyununu azarkeşsiz keçirməsinə qərar verib.
Apellyasiya Arbitraj Tribunalı bu cəzanı ləğv edib. İş yenidən baxılması üçün AFFA-nın İntizam Komitəsinə göndərilib.
Qeyd edək ki, apellyasiya şikayətinin qalan hissədə baxılmamış saxlanılıb.
www.yenicag.az