Afrika Millətlər Kuboku təxirə düşüb

media-hightechnic-468x90

74129Ebola virusu Afrika Millətlər Kubokunun təxirə düşməsinə səbəb ola bilər.

Turnirə ev sahibliyi edəcək Mərakeşdə Hökumət bu məsələni gündəmə gətirib. Afrika Futbol Konfederasiyası prezidenti İssa Hayatou Mərakeş İdman Nazirliyi nümayəndələri ilə görüşüb.

Görüş zamanı Cənubi Afrikaya yayılan virus səbəbi ilə çempionatın təxirə salınması lazım olduğu dilə gətirilib. Mərakeşli heyət, turnirin planlaşdırıldığı kimi 2015-ci il 17 yanvar – 8 fevral tarixlərində keçirilərsə nə baş verə bilər? başlıqlı hesabat hazırlayıb.

Hesabatda Ebola virusunun daha da yayıla biləcəyi ilə qeyd edilib. Həmin araşdırma Afrika Futbol Konfederasiyası prezidentinə təqdim edib.

Qeyd edək ki, Ebola virusu səbəbiylə Qvineya, Liberiya, Nigeriya və Sierra-Leonedə təxminən 4 min adam dünyasını dəyişib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600