!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Afrin əməliyyatı rəsmən başladı

!Reklam – Yazi

Afrində hava əməliyyatları rəsmən başlayıb.

Yenicag.az türk mediasina istinadən xəbər verir ki, TSK jetleri terror hədəflərini vurmağa başlayıb. Afrin yaxınlığında partlayış səsləri eşidilib. Hazırda Azad Suriya Ordusu Afrinə doğru irəliləyir.

ASO müxtəlif istiqamətlərdən terror təşkilatı PYD/PKK-nın nəzarət etdiyi bölgələrə daxil olub.

Həmçinin Diyarbəkir 8 saylı hərbi hissədə də hərəkətlilik başlayıb. Hərbi hissədən 8 ədəd bomba yüklü F-16 tipli təyyarə Suriya səmalarına göndərilib. TSK-nın əvvəlcədən müəyyən etdiyi koordinatlar əsasında terrorçulara havadan zərbə endirilib. Daha sonra isə zirehli texnika Kilis-Hatay xətti ilə Afrinə doğru hərəkət etdirilib.

ASO əsgərlərinin hələlik Afrində heç bir müqavimətə rast gəlmədiyi bildirilir.

Qeyd edək ki, Türkiyənin baş naziri Binali Yıldırım əməliyyatın rəsmən başladığını elan edib.

 

www.yenicag.az

1431
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv