Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Afrindən açılan yol: “Dünyanın heç bir problemi Türkiyəsiz həll olunmayacaq”

“Türkiyə “Zeytun budağı” əməliyyatıyla özünün nəinki regional, hətta qlobal miqyasda hərbi güc olduğunu nümayiş etdirdi”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Türkiyənin Suriyanın şimalındakı Afrin bölgəsində terrorçu PYD/YPG-yə qarşı başladığı “Zeytun budağı” əməliyyatını siyasi və hərbi aspektdən dəyərləndirən politoloq Natiq Miri deyib.

Politoloqun qənaətinə görə, Afrin əməliyyatının uğurlu gedişatı ilə Ankara ABŞ və Rusiyanı onunla əsaslı şəkildə hesablaşmağa məcbur edir:

“Afrin əməliyyatı ilk növbədə Türkiyə əleyhinə hazırlanan Yaxın Şərq planı çərçivəsində qurulan “tələ”ni tamamilə aradan qaldıracaq.

Keçirilən əməliyyatla Türkiyə özünün İraq və Suriya ilə sərhədlərinin təhlükəsizliyini təmin edəcək. İkincisi, Türkiyə dünyada bəlkə də yeganə ölkədir ki, böyük strateji əhəmiyyətə malik bir əməliyyatı belə yüksək sürətlə həyata keçirdi.

Söhbət ondan gedir ki, eyni anda havaya qalxan 72 qırıcı təyyarə qısa müddət ərzində zərbə endiriləcək hədəflərin 96 faizini dəqiqliklə vurmaqla, NATO standartlarından da yüksək bir göstəriciyə imza atdı.

Yəni Türkiyə bununla özünün nəinki regional, hətta qlobal miqyasda hərbi güc olduğunu nümayiş etdirdi, ordusunun qüdrətini bütün dünyaya göstərdi. Eyni zamanda, Ankara Afrin əməliyyatı ilə dünyanın istənilən bölgəsində, xüsusilə Yaxın Şərqdə hər hansı problemin Türkiyənin iştirakı olmadan həllinin mümkünsüzlüyünü göstərdi.

Bundan başqa, Türkiyə sadəcə, hərbi deyil, diplomatik müstəvidə də uğurlu siyasət apararaq, Afrin əməliyyatına yönəlik bütün mümkün reaksiyaları neytrallaşdıra bildi. Məhz bunun nəticəsidir ki, Türkiyənin Afrin əməliyyatına ABŞ, Rusiya və İran isti yanaşmasalar da, onu qəbul etmək məcburiyyətində qaldılar. Bu münasibət həm də Türkiyənin buna qədər həyata keçirdiyi “Fərat qalxanı”, o cümlədən İdlibdə həyata keçirdiyi digər uğurlu əməliyyatlarla şərtlənir.

Afrin əməliyyatı birbaşa ABŞ-ın silahlandırdığı PKK-PYD gücünə qarşı olmasına rəğmən, Vaşinqton dolayısı ilə Ankaranın haqlı olduğunu və buna görə Türkiyə ordusuna qarşı çıxmayacağını bəyan edib. Əslində, bu, Türkiyənin çox böyük siyasi-hərbi uğuru kimi qiymətləndirilməlidir.

Afrin əməliyyatının ən mühüm məqamlarından biri də orada tətbiq edilən silahların, xüsusilə də F-16 qırıcı təyyarələrində istifadə olunan raket-artilleriya sistemlərinin Türkiyə istehsalı olmasıdır.

Bununla Türkiyəyə silah satan və bu çərçivədə onu təsir altında saxlamağa çalışan ölkələrin təzyiq mexanizmləri demək olar ki, sıradan çıxarıldı. Ankara özünün bu nümayişkar hərəkəti ilə nə fövqəldövlət sayılan dövlətlərdən, nə də NATO-dan asılı olmadığını ortaya qoydu.

Bu mənada, Afrin əməliyyatı tarixi bir hərəkat olaraq, Türkiyə və dünya tarixinə düşəcək. Eyni zamanda, Afrin əməliyyatı Türkiyənin istənilən prosesdə öz iradəsini ortaya qoymasına geniş imkanlar açdı. Görünən budur ki, ABŞ və Rusiya kimi dünya gücləri də Türkiyənin bu iddiasını qəbul etmək məcburiyyətində qalacaqlar”.

ELÇİN

www.yenicag.az

2864
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM